"Qarabağ"ın rəqibi "Tottenhem"lə qarşılaşacaq
İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, UEFA Avropa Liqasında "Qarabağ"la yeni qrupda yer alan "Arsenal"ın da rəqibi müəyyənləşib.
"Topçular" növbəti mərhələdə "Tottenhem"lə üz-üzə gələcəklər.
Qeyd edək ki, 1/4 finalın digər görüşlərində "Çelsi" "Bornmut"la, "Midlsbro" isə "Börten Albion"la münasibətləri aydınlaşdıracaq. Sonuncu cütlük isə "Mançester Siti" - "Fulhem" və "Lester" - "Sauthempton" matçının ardından müəyyənləşəcək.