"Qarabağ"ın rəqibində ciddi itki

Kipr APOEL-i UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa ciddi itki ilə çıxacaq.

Sportline.az xəbər verir ki, komandanın zədəli futbolçusu  Alef dos Santos "Qarabağ"la görüşdə iştirak edə bilməyəcək. Yoxlama oyununda zədələnən braziliyalı yarımmüdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi qeyd olunub.

Digər zədəli Vuyadin Saviçin durumuna aydınlıq gəlməyib. Serbiyalı müdafiəçinin qarın nahiyəsində ağrılar var. Onun "Qarabağ"la görüşdə meydana çıxıb-çxmayacağı qarşıdakı günlərdə bilinəcək.

Xatırladaq ki, "Qarabağ" - APOEL görüşü avqustun 13-də Bakıda keçiriləcək. İlk oyunda ölkə çempionumuz 2:1 hesabı ilə qələbə qazanıb.