"Qarabağ"ın rəqibində iki yeni futbolçu

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" heyəti gücləndirməkdədir.

Sportline.az xəbər verir ki, tiranalılar daha 2 futbolçunu heyətə qatıblar.

Rəhbərlik hücum xəttini "Uypeşt"in üzvü Teofilus Solomonla gücləndirib. 23 yaşlı nigeriyalı forvard yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Nigeriyanın U-23 millisinin sabiq üzvünün sözləşmə müddəti daha 1 il uzadıla bilər.

Həmçinin "Skenderbeu"nun qapıçısı Aldo Teqya da karyerasını Albaniya çempionunda davam etdirəcək. 24 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.