"Qarabağ"ın rəqibində yeni baş məşqçi

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL-ə yeni baş məşqçi təyin edilib.

Sportline.az Kipr klubunun saytına istinadən xəbər verir ki, bu vəzifəyə almaniyalı Tomas Doll gətirilib. 53 yaşlı mütəxəssislə 2021-ci ilin mayın sonuna qədər müqavilə imzalanıb.

Tomas Dollun sonuncu iş yeri Almaniyanın “Hannover” klubu olub. O, müxtəlif vaxtlarda Almaniyada "Hamburq", “Borussiya” (Dortmund), “Gənclərbirliyi” (Türkiyə),  "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) və Macarıstanın “Ferensvaroş” komandalarında da baş məqşçi kimi çalışıb.

Əlavə edək ki, APOEL “Qarabağ”a ilk görüşdəki 1:2 hesablı məğlubiyyətdən sonra italiyakı baş məşqçisi Paolo Trametsani istefaya göndərib.