"Qarabağ"ın rəqibindən 3 cavabsız qol

Kipr çempionatında 7-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL səfərdə “Nea Salamis”lə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.

Rəqiblərindən 3 oyun az keçirən APOEL bu qələbədən sonra 12 xalla 12 komanda arasında 2-ci pillədə qərarlaşıb.