"Qarabağ"ın rəqibindən böyük hesablı məğlubiyyət

"Qarabağ"ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Partizani" Sloveniyada təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Albaniya klubu Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo” ilə qarşılaşıb və 1:5 hesabı ilə uduzub.

"Sarayevo" - "Partizani" - 5:1
Qollar:
 Tatar, 7 (1:0), Ahmetoviç, 39 (2:0), Tatar, 45 (3:0), Şişiç, 45+1 (4:0), Mensah, 75 (4:1), Mustafiç, 88 (5:1)

Qeyd edək ki, "Qarabağ" və "Partizani" arasındakı ilk oyun iyulunun 9 və ya 10-da, cavab qarşılaşması isə bir həftə sonra  keçiriləcək.