"Qarabağ"ın rəqibindən inamlı qələbə

Lüksemburq çempionatında 13-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Düdelanj” səfərdə "Etzella"nı 4:1 hesabı ilə məğlub edib.

20 xalı olan “Düdelanj” 14 komanda arasında 5-ci pillədə qərarlaşıb.


“Qarabağ” - "Düdelanj" oyunu dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.