"Qarabağ"ın rəqibindən növbəti heç-heçə
“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” növbəti yoxlama matçına çıxıb.
Sportline.az xəbər verir ki, Sloveniya klubu Misirin "Əl-Əhli" komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Olimpiya" bir neçə gün əvvəl “Ferentsvaroş”la oyunda da heç-heçə ilə razılaşmışdı - 0:0.