"Qarabağ"ın rəqibindən qələbə

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Dandolk" İrlandiya çempionatında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi 27-ci turda "Sent Patrik`s Atletik" klubu ilə üz-üzə gəlib. Görüşün taleyini 1 qol həll edib. Qonaqlar 51-ci dəqiqədə Con Mauntninin vurduğu qolla 3 xal qazanıblar.

Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran "Dandolk" turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, "Qarabağ"la "Dandolk" arasında cavab oyunu iyulun 31-də "Dalğa Arena"da keçiriləcək və yerli vaxtla 21:00-da başlayacaq. Dublindəki ilk matçda qalib müəyyənləşməyib - 1:1.