"Qarabağ"ın rəqibinin əsas hücumçusu zədələndi

"Partizani" Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ"la ilk oyununa ciddi itki ilə çıxa bilər.

Sportline.az Albaniya mətbuatına istinadən xəbər verir ki, komandanın əsas hücumçusu Yurgen Bardi zədələnib. Bud nahiyyəsindən xəsarət alan 21 yaşlı forvardın nə vaxt sıraya dönəcəyi bilinmir. Albaniyalı futbolçu "Qarabağ"la ilk oyunu buraxa bilər.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada olacaq və Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab qarşılaşması isə 1 həftə sonra paytaxtımızda keçiriləcək. "Dalğa Arena"dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.