"Qarabağ"ın rəqibinin oyunçusu "ən yaxşı" oldu

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Sevilya"nın hücumçusu Munir El-Haddadi hamını qabaqlayıb. O, səsvermədə Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”) və  Enzo Krivellini (“Başakşəhər”)  geridə qoyub.

Qeyd edək ki, El-Haddadi "Düdelanj"la matçda (5:2) het-trikə imza atıb.