"Qarabağ"ın rəqiblərindən qələbə

UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan komandalar öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçirib. SportLine.az xəbər verir ki, sentyabrın 20-də Lissabonda "Qarabağ"ı qəbul edəcək "Sportinq" Portuqaliya birinciliyi fasilə olduğu üçün meydana çıxmayıb.

"Arsenal" İngiltərə Premyer Liqasında "Nyukasl"ın qonağı olub. Görüş "topçular"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

Ukrayna çempionatında isə "Vorskla" səfər qələbəsinə sevinib. Poltava təmsilçisi "Karpatı"dan güclü olub - 1:0.

Qeyd edək ki, hazırda "Arsenal" İngiltərə Premyer Liqasında 7-ci, "Vorskla" Ukrayna birinciliyində 4-cüdür.