"Qarabağ"ın rəqiblərindən səfər qələbəsi

UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sportinq" və "Vorskla" ölkə çempionatlarında növbəti oyunlarını keçirib. SportLine.az xəbər verir ki, hər iki komanda səfərdə meydana çıxıb.

Portuqaliya Premyer Liqasında mübarizə aparan "Sportinq" "Santa Klara" ilə görüşdə qələbəyə sevinib - 2:1.

Poltava klubu isə "Lvov"u məğlub edib - 2:0.

Hazırda "Sportinq" 19 xalla 3-cü, "Vorskla" isə 24 xalla 4-cüdür.

Qeyd edək ki, Avropa Liqasının növbəti turunda "Qarabağ" Poltava təmsilçisinin qonağı olacaq.