"Qarabağ"ın Rumıniya klubu ilə görüşünün vaxtı bilindi

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın ilk yoxlama matçının vaxtı açıqlanıb.

Sportline.az klubun  rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Rumıniyanın "Botoşani" klubu ilə görüş sabah Bakı vaxtı ilə 18:30-da başlanacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası bundan başqa, yanvarın 16-sı Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın “Bohemians”, 23-ü Polşanın “Piast” və 26-sı isə Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.