"Qarabağ"ın sabiq bombardiri Qazaxstan klubunda

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo karyerasını Qazaxstan çempionatında davam etdirəcək.

Sportline.az xəbər verir ki, Trnava "Spartak"ından ayrılan braziliyalı "Aktobe" ilə müqavilə bağlayıb.

28 yaşlı hücumçu ilə mövsümün sonuna qədər anlaşma imzalanıb.  

Qeyd edək ki, Reynaldo Silva 2013-16-cı illərdə "Qarabağ"ın şərəfini qoruyub.