"Qarabağ"ın sabiq forvardı Qazaxıstan klubunda

"Qarabağ" klubunun sabiq futbolçusu Reynaldo Silvanın Qazaxıstan "Aktobe"sinə keçidi rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı forvard ilə artıq müqavilə imzalanıb. 

Qeyd edək ki, 2013-16-cı illərdə "Qarabağ"da oynayan Reynaldo ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu adını qazanıb, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.