"Qarabağ"ın sabiq futbolçusu: "Bakıdakı tualet qızıldan idi"

"Azərbaycanda bütün diqqət "Qarabağ"ın üzərində idi. Bu ilin payızında komanda Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi. Azərbaycan da gözəl ölkədir."

Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunusi ölkəsinin TV 2 telekanalına müsahibəsində söyləyib. Norveçli futbolçu Bakı şəhəri haqda da danışıb:

"Bakı gözəl şəhərdir. Ora əyləncəli idi. "Qarabağ"ın Çempionlar Liqasında çıxış etməsi Azərbaycan üçün böyük hadisə oldu. Biz bu turnirdə ulduz futbolçuları gördük. Mənə yoldaşlıq edən sürücü var idi. Bakıda tıxac çox olur. Ona görə də sürücü mənə köməklik edirdi."

Elyunusi ondan Bakıda qaldığı mənzil haqda soruşulanda isə bunları söyləyib: "Bakıda qaldığım mənzil yaxşı deyildi. Çox təəssüf ki, tualet qızıldan hazırlanmışdı(gülür). Mənim istifadə etdiyim elə idi."