"Qarabağ"ın sabiq futbolçusu Braziliyada

"Qarabağ"ın sabiq futbolçusu Çumbinyo karyerasını vətənində davam etdirəcək. SportLine.az xəbər verir ki, futbolçu Braziliyanın "İnter de Limeyra" klubu ilə razılıq əldə edib.

33 yaşlı yarımmüdafiəçinin son klubu Yunanıstan "Levadiakos"u olub. O, "Qarabağ"da 2013 - 2015-ci illərdə çıxış edib.

Çumbinyonun yenidən Azərbaycan Premyer Liqasında çıxış etmək variantı olub. "Sambaçı" "Səbail" klubuna təklif olunsa da, transfer alınmayıb.