"Qarabağ"ın sabiq futbolçusu MLS-də

"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros karyerasını MLS Liqasında davam etdirəcək.

Sportline.az xəbər verir ki, son iş yeri İtaliya "Benevento"su olan forvard "Portlend" klubu ilə müqavilə bağlayıb. 27 yaşlı futbolçu mövsümün sonuna kimi bu klubun şərəfini qoruyacaq. 

Xatırladaq ki, 2015-2016 mövsümündə “Qarabağ”da oynayan Kuba əsilli  isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub.