"Qarabağ"ın sabiq futbolçusu Polşa klubuna keçir

"Qarabağ" klubundan ayrılan Yakub Jezniçak karyerasını Polşa çempionatında davam etdirəcək.

Sportline.az xəbər verir ki, 33 yaşlı müdafiəçi, "LKS Lodz"la anlaşmaq üzrədir.

Hazırda I liqada mübarizə aparan komanda sona 1 tur qalmış yüksək liqaya vəsiqəni təmin edib. Heyəti gücləndirmək niyyətində olan "LKS Lodz"un danışıq apardığı futbolçular arasında Jezniçak da var.

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"ın şərəfini qoruyub.