"Qarabağ"ın səfər proqramı

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində avqustun 6-sı APOEL-lə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı bəlli olub.

Sportline.az xəbər verir ki, klubun mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, Ağdam təmsilçisi avqustun 4-də, yerli vaxtla saat 17.30-da çarter reysi ilə Bakıdan Larnaka şəhərinə yola düşəcək. Təyyarənin uçuşdan 3 saat sonra – Kipr vaxtı ilə 19.30-da enəcəyi planlaşdırılır.