"Qarabağ"ın Sevilya planı

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya"nın qonağı olacaq “Qarabağ”, bu gün İspaniyaya yollanacaq.

Sportline.az xəbər verir ki, Ağdam klubunun üzvləri saat 16:00-da çarter reysi ilə yola düşəcəklər. Təyyarənin uçuşdan 6 saat 35 dəqiqə sonra Sevilya hava limanına eniş etməsi gözlənilir.

 Noyabrın 27-si Qurban Qurbanovun mətbuat konfransı və komandanın oyunun keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionunda məşqi nəzərdə tutulub.

Noyabrın 28-dən 29-na keçən gecə baş tutacaq "Sevilya" - “Qarabağ” matçı Bakı vaxtı ilə 00:00-da başlanacaq.

Komanda noyabrın 29-u 15:00-da Bakıya dönəcək.