"Qarabağ"ın son məşq və mətbuat konfransının başlama vaxtı

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Dandolk” - “Qarabağ” oyunu öncəsi Azərbaycan çempionunun son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

Sportline.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə 21:30-da media mənsublarının önünə çıxacaq.

Təmsilçimizin son məşqi isə 21:45-də qarşılaşmanın keçiriləcəyi "Oriel Park" stadionunda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Dandolk” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.