"Qarabağ"ın UEFA reytinqindəki mövqeyi

UEFA, Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyunlarından sonra klubların reytinqini açıqlayıb. 

Sportline.az xəbər verir ki, "Qarabağ" ötən gün "Sportinq"ə uduzmaqla 2 pillə geriləyib. 

Ölkə çempionu 19,500 xalla 66-cı sırada qərarlaşıb. 

Komandamız bu göstərici ilə İspaniyanın "Valensiya”, İtaliyanın "Milan” kimi klublarını geridə qoyub.

Digər klublarımız "Qəbələ" 160-cı, "Keşlə", "Neftçi”, "Zirə" və "Kəpəz" isə, müvafiq olaraq 278, 279, 280 və 281-ci yerdə qərarlaşıb.