"Qarabağ"ın üzvü milliyə çağırıldı

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev yenidən Bolqarıstan millisinə çağırılıb.

Sportline.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Krassimir Balakovun  Avro-2020-nin seçmə mərhələsində İngiltərə ilə oyun üçün yığmaya çağırdığı 11 legioner arasında  S.Slavçevin də adı var.

Qeyd edək ki, İngiltərə - Bolqarıstan görüşü sentyabrın 7-i keçiriləcək.