"Qarabağ"ın üzvü turun "ən yaxşı"sı oldu

Azərbaycan Premyer Liqasında 2-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən bu, 318 göstərici ilə “Qarabağ”ın müdafiəçisi Ailton Silvadır. 

Braziliyalı futbolçu "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri oyunda 90 dəqiqə meydanda olub. Araşdırmalara əsasən Ailton turun ən yüksək indeksinə malik futbolçusudur.