"Qarabağ"ın yarımmüdafiəçisi milliyə dəvət alıb

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinə dəvət alıb.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, o, martın 18-də millinin düşərgəsinə qatılacaq.

Qeyd edək ki, Bolqarıstan millisi AÇ-2020-nin seçmə mərhələsində martın 22-si evdə Çernoqoriya, 4 gün sonra isə səfərdə Kosovo seçməsi ilə görüşəcək.