"Qarabağ"ın yeni transferi Bakıda

"Qarabağ"ın yeni transferi Asmir Beqoviç artıq Azərbaycandadır.

Sportline.az xəbər verir ki, bu məlumatı klub facebook səhifəsi vasitəsilə yayıb.

Bildirilir ki, Bosniya və Herseqovina millisinin üzvü bir qədər əvvəl Bakıya təşrif buyurub. O, sabahdan etibarən yeni komandası ilə birlikdə məşqlərə qoşulacaq.

Qeyd edək ki, "Qarabağ" Beqoviçi "Bornmut"dan ilin sonuna qədər icarəyə götürüb.