"Qarabağ"ın yeni transferi sabah gəlir

“Qarabağ”ın yeni transferi Asmir Beqoviçin Bakıya gələcəyi vaxt müəyyənləşib.

Sportline.az Qol.az saytına istinadən xəbər verir ki, bosniyalı qapıçı sabah səhər saatlarında paytaxtımızda olacaq.

Xatırladaq ki, Ağdam klubu 32 yaşlı qolkiperi İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan ilin sonuna qədər icarəyə götürüb.