"Qarabağ"ın yeni transferindən açıqlamalar

“Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədi. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam”. Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Faysal Rerrars deyib.

Dünən Ağdam təmsilçisi isə 2 illik müqavilə imzalayan müdafiəçi klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb.

26 yaşlı mərakeşli futbolçu ilk oyunu səbirsizliklə gözlədiyini vurğulayıb: “Müdafiənin həm sağ, həm də sol cinahında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəm. “Qarabağ” haqqında məlumatım var idi, avrokuboklarda oyunlarını izləmişdim. Fransa təmsilçiləri ilə oynayan zaman da klub haqda daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər".

Qeyd edək ki, “Qarabağ” sabah Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Parizani”ni “Dalğa Arena”da qəbul edəcək.