"Qarabağ"ın yeniləri nömrələri seçdilər

"Qarabağ"ın yeni transferləri İnnosent Emeqara və Con Delarj geyinəcəyi formanın nömrəsini seçib.

Sportline.az xəbər verir ki, Emeqara 7, Delarj isə 28 nömrəli forma ilə mübarizə aparacaq. 

Qeyd edək ki, 2014/15-ci illər mövsümündə də “Qarabağ”da oynayan Emeqara 8 nömrəli formada çıxış edirdi.