"Qarabağ"ın zədəli futbolçusu qayıtdı

"Qarabağ"ın müalicə üçün İspaniyaya yollanan yarımmüdafiəçisi Xayme Romero klubun düşərgəsinə qayıdıb.

Sportline.az xəbər verir ki, ""Premyer Liqanın V turunun "Zirə" ilə oyununda (3:1) zədələnən futbolçu, müalicəsini Bakıda davam etdirəcək.

Çox güman ki, o, gələn həftədən fərdi məşqlərə başlayacaq.