"Qarabağ"ın zədəliləri məşqlərə başladılar

Ölkə çempionu "Qarabağ” Azərbaycan Premyer Liqasının XVI turunun hazırlıqlarına başlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ" ilə XV turun matçından sonra istirahətə buraxılan komanda bu gündən "Səbail"lə qarşılaşmaya hazırlaşmağa başlayıb.

Ötən turu zədə səbəbindən buraxan Miçel problemi arxada qoyaraq, komanda ilə birgə çalışmalara başlayıb. Digər zədəli futbolçu Əfran İsmayılov isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki,  "Səbail" - "Qarabağ" matçı fevralın 18-də keçiriləcək. Oyun saat 17:30-da start götürəcək.