"Qarabağ"ın zədəlisi sıraya döndü

“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Miçel Madera zədəsini sağaldıb.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, bir müddətdir fərdi hazırlıqla kifayətlənən futbolçu komanda ilə məşqlərə başlayıb.

Qeyd edək ki, Miçel “Qarabağ”ın Antalya toplanışı zamanı zədələnmişdi.