"Qarabağ"la 14-cü duel

Topaz Premyer Liqasının XIV turunda "Zirə" çempion "Qarabağ"la 14-cü dəfə qarşılaşacaq. 

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunadək iki komanda Premyer Liqada 13 dəfə üz-üzə gəlib. Həmin oyunlarda 3 heç-heçə edən "Zirə” 10 dəfə məğlub olub. Rəqib qapısına 6 dəfə yol tapan komanda 24 top buraxıb.

"Qarabağ”la matçlarda "Zirə”nin ən məhsuldar oyunçusu Mirsahib Abbasovdur. O, rəqib qapısına 2 dəfə yol tapıb ki, bu da cari mövsümün ilk duelinə təsadüf edib.

7-ci dəfə rəqibini qəbul edəcək "qartallar” ev oyunlarında 2 heç-heçə edib və 4 dəfə uduzub. "Zirə" öz meydanında 3 qol vurub, 9-nu buraxıb.

Qeyd edək ki, rəqiblərin son 2 matçında hər iki komanda qol sevinci yaşayıb. "Zirə" - "Qarabağ" matçı dekabrın 9-da "Dalğa Arena"da keçiriləcək. 

2015/16 mövsümü

17.10.2015. Qarabağ - Zirə - 4:1
Samuel Armenteros, 5, 16; Riçard Almeyda, 26, 83 (p.) // İqor İvanoviç, 34

13.12.2015. Zirə - Qarabağ - 0:0

05.03.2016. Qarabağ - Zirə - 2:0
Muarem Muarem, 4; Mahir Mədətov, 90+3

01.05.2016. Zirə - Qarabağ - 0:2
Dani Kintana, 28; Reynaldo, 74

2016/17 mövsümü

19.09.2016. Qarabağ - Zirə - 2:0
Rahid Əmirquliyev, 20, 37

06.11.2016. Zirə - Qarabağ - 0:2
Dani Kintana, 69; Elvin Yunuszadə, 80

08.02.2017. Qarabağ - Zirə - 2:0
Əfran İsmayılov, 13; Dino Ndlovu, 47

19.03.2017. Zirə - Qarabağ - 0:0

2017/18 mövsümü

01.10.2017. Qarabağ - Zirə - 0:0

26.11.2017. Zirə - Qarabağ - 2:3
Vüsal İsgəndərli, 51; Riçard Qadze, 68 // Riçard Almeyda, 22; Dino Ndlovu, 26; Mahir Mədətov, 63

10.03.2018. Qarabağ - Zirə - 2:0
Dani Kintana, 22; Elvin Yunuszadə, 35

27.04.2018. Zirə - Qarabağ - 1:2
Aleksandr Dedov, 61 - Donald Qerye, 55; Markos Madera, 90+2

2018/19 mövsümü

26.09.2018. Qarabağ - Zirə - 3:2
Filip Ozobiç, 28 (p.); İnnosent Emeqara, 48, 85 // Mirsahib Abbasov, 56, 82