"Qarabağ"la "Neftçi"nin daha bir göstəricisi

Başa çatmaqda olan 2019-cu ildə Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib. 
 
Sportline.az xəbər verir ki, 2018/2019 mövsümünün ikinci və 2019/2020 mövsümünün ilk yarısında eyni sayda - 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.
 
Premyer Liqada 2019-cu ilin ən yaxşısı "Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan "Qarabağ" digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik "Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə "Zirə”yə məxsusdur.
 
2019-cu ildə "Qarabağ” ən çox, "Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandırsa, "Səbail” qapısında daha çox qol görüb.
 
Ümumiyyətlə, il ərzində yalnız iki komanda - "Qarabağ”la "Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur. 
 

1.

Qarabağ

28

20

7

1

57 - 14

67

2.

Neftçi

28

14

8

6

48 - 27

50

3.

Zirə

28

10

8

10

36 - 37

38

4.

Keşlə

28

9

7

12

31 - 34

34

5.

Qəbələ

28

8

8

12

28 - 39

32

6.

Sumqayıt

28

9

5

14

29 - 42

32

7.

Səbail

28

9

5

14

28 - 47

32

8.

Sabah

28

5

8

15

22 - 39

23