"Qarabağ"la oyundan öncə oğurluq

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün "Qarabağ"ı qəbul edəcək "Düdelanj"la xoşagəlməz hadisə ilə üzləşib.

Sportline.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, klubun bazasından oğurluq edildiyi məlum olub. Naməlum şəxslər 27 cüt buts, eləcə də 8 min avro dəyərində forma aparıblar.

Oğurluq hadisəsi ilə bağlı araşdırma başladığı bildirilib.