"Qarabağ"la oyunu buraxa bilər

"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”la oyunları buraxa bilər.

Sportline.az xəbər verir ki, Topaz Premyer Liqasının son turunda zədələnən ukraynalı qolkiperin durumu qeyri-müəyyəndir.

“Zirə”ylə matçın ilk yarısının son saniyələrində zədələnərək yerini Anar Nəzirova verən “Qəbələ”nin qolkiperinin vəziyyəti aydınlaşmayıb. Zədənin nə dərəcədə ciddi olması sabah dəqiqləşəcək.

Ayağında əzələ dartılması olan qapıçı MRT müayinəsindən keçdikdən sonra bərpa müddəti aydınlaşacaq. Amma onun yarımfinalın Qəbələdəki ilk oyununu buraxacağı güman edilir.