"Avroliqa şanslarımızı daha da yaxşılaşdırmaq istəyirik" - Ruslan Abışov
"Neftçi” PFK Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində qarşılaşacağı "Qarabağ” klubu ilə oyunun hazırlığını davam etdirir. SportLine.az xəbər verir ki, komanda İsmət Qayıbov adına bazada məşq keçir.
Kapitan Ruslan Abışov Neftçi TV-yə açıqlamasında "Qarabağ”la oyun öncəsi fikirlərini bildirib.
Xatırladaq ki, mayın 6-da "Azərsun Arena”da keçiriləcək "Qarabağ” – "Neftçi” matçı saat 19:00-da başlanacaq.