"Qarabağ" mövsümü qələbə ilə başa vurdu
Topaz Premyer Liqasında 2017/2018 mövsümü başa çatıb.
Sportline.az xəbər verir ki, XXVIII turun son oyununda "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. "Azərsun Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Qələbə qolunun müəllifi 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dani Kintana olub.
Beləliklə, çempionluğu erkən rəsmiləşdirən "Qarabağ" mövsümü 65 xalla başa vurub. Gümüş medalın sahibi "Qəbələ" 49, bürünc mükafatçı "Neftçi" isə 46 xal toplamağa müvəffəq olub. Futbol mövsümünə mayın 28-də "Qəbələ" və "Keşlə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçı ilə yekun vurulacaq.
Topaz Premyer Liqası, XXVIII tur
21 may (bazar ertəsi)
"Qəbələ” – "Qarabağ” - 0:1
Qol: Dani Kintana, 23 - penalti ilə
Qırmızı vərəqə, Cavid Hüseyov, 45+2
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena"