"Qaradağ Lökbatan" xal itirdi, MOİK qələbə qazandı
Birinci divizionda 24-cü tura start verilib.
SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Eyni saatda başlayan görüşlərdə “Mil Muğan” “Zaqatala”, “Şüvəlan” “Qaradağ Lökbatan”la heç-heçəyə razılaşıb. Günün yeganə qələbəsini isə səfərdə “Ağsu”nu məğlub edən MOİK qazanıb.
Qeyd edək ki, turun digər 2 oyunu sabah keçiriləcək.
19 aprel (cümə axşamı)
16:00. “Mil-Muğan” – “Zaqatala” – 0:0
Hakimlər: Anar Göyçayski, Hüseynxəlil Orucoğlu, Elşad Abdullayev, Emin Nağıbəyov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00
16:00. “Şüvəlan” – “Qaradağ Lökbatan” – 1:1
Qollar: Mübarək Şaquliyev, 14 (1:0), Ruslan Tağızadə, 71 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
“AZAL Arena”
16:00. “Ağsu” – MOİK – 1:3
Qollar: Ayaz Mehdiyev, 50 (0:1), Malik Babayev, 59 (1:1), Orxan Həsənov, 82 (1:2), Timur Dadaşov, 90+1 (1:3)
Hakimlər: Nail Nağıyev, Roman Vasilyev, Pərvin Talıbov, Səbuhi Bayramov
Ağsu şəhər stadionu
20 aprel (cümə)
14:00. “Xəzər" – “Binə”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İsgəndər Əliyev, Fərid Məmmədov
“İnter Arena”
16:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Vüqar Bayramov, Xəlil Xəlilov
Tovuz şəhər stadionu
| 1 | Qaradağ Lökbatan | 24 | 46 |
| 2 | Şüvəlan | 24 | 41 |
| 3 | Xəzər | 23 | 41 |
| 4 | MOİK | 24 | 37 |
| 5 | Binə | 23 | 35 |
| 6 | Turan Tovuz | 23 | 32 |
| 7 | Sabah | 23 | 30 |
| 8 | Mil-Muğan | 24 | 27 |
| 9 | Ağsu | 24 | 22 |
| 10 | Zaqatala | 24 | 17 |