Qaret Beyl: "Bu komanda daim inkişafdadır"
“Remsinin yenidən heyətdə olması çox gözəldir. Bu, sevindirici haldır. O, “Yuventus” kimi böyük klubda çıxış edir. Belə davam etsə, orda möhkəmlənəcək”.
Sportline.az xəbər verir ki, bu sözləri Uels millisinin üzvü Qaret Beyl Avro-2020-nin seçmə mərhələsində sabah millimizlə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Bir müddətdir zədədən əziyyət çəkək “Real”ın hücumçusu hazırda tam sağaldığını bildirib: “Özümü əla hiss edirəm. Ümid edirəm ki, bu cür də davam edərəm. Milli komandada oynamaq həmişə şərəfdir”.
Beyl yığmamızla bağlı fikirlərini də bölüşüb: “Azərbaycan yığmasının oyunlarını izlədikdə inkişaf görmək olar. Beş il əvvəlki ilə indiki Azərbaycan arasında fərq görürəm. Bu komanda daim inkişafdadır”.