Qaret Beylin taleyinə aydınlıq gətirilir

"Tottenhem" sabiq futbolçusu Qaret Beyli geri qaytarmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, London klubu bununla bağlı Madrid "Real"ına təklif hazırlayıb. 

Madridlilərin uelsli futbolçu ilə yolları ayırmaq niyyətində olduğunu nəzərə alsaq, bu sevdanın baş tutacağını söyləmək olar.

"Tottenhem" rəhbərliyi bu transfer üçün 60 milyon avrodan keçməyə hazırdır.

Qeyd edək ki, "Real" Beylə görə, 2013-cü ildə "Tottenhem"ə 101 milyon avro ödəmişdi.