Qari Kehill "Çelsi" ilə vidalaşdı

İngiltərənin "Çelsi" klubu Qari Kehill ilə yollarını ayırıb. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.

Kehill 2017-ci ildə Con Terrinin gedişindən sonra "Çelsi"nin kapitanı olub. O, əsas heyətdə olduğu müddətdə bu funksiyanı yerinə yetirib. Təcrübəli oyunçu son olaraq, Bakıda "Arsenal"ı 4:1 hesabı ilə yendikləri Avropa Liqasının final matçından sonra hazırkı kapitan Sesar Aspilikueta ilə birgə kuboku qaldırıb.