"Qatrabağ"da ciddi itki

Bolqarıstan millisinin düşərgəsində zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Simoen Slavçev iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Sportline.az xəbər verir ki, futbolçu bu haqda ölkəsinin mətbuatına açıqlamasında bildirib. 

"Tibbi müayinədən keçdim. Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu aşkarlandı . Əgər əzələmdə yırtıq aşkarlansaydı, bu, daha da pis ola bilərdi. Kiçik zədə ilə qurtuldum. İki həftə oynaya bilməyəcəm. Ancaq çox əsəbiyəm, çünki "Sportinq"lə görüşdə komandama kömək edə bilməyəcəm".

Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsində mübarizəyə, sentyabrın 20-də, "Sportinq"lə səfər oyunu ilə başlayacaq.