Qattuzo daha 3 il "Milan"da

"Milan" Cennaro Qattuzo ilə müqavilə yeniləyib. SportLine.az "rossoneri"nin rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə 2021-ci ilin iyul ayınadək razılığa gəlinib.

Yeni şərtlərə əsasən, 40 yaşlı məşqçi illik 2 milyon avro qazanacaq.

Qeyd edək ki, C.Qattuzo cari mövsümün gedişində komandaya təyin olunub. Onun gəlişindən sonra "Milan"ın nəticələrində stabilləşmə müşahidə edilib.