Qazaxıstan millisi Azərbaycan qarşı bu heyətlə oynayacaq
Yoldaşlıq görüşü çərçivəsində Azərbaycanı qəbul edəcək Qazaxıstan seçməsinin heyəti açıqlanıb. SportLine.az bu ölkənin futbol federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Stanimir Stoilov "Astana Arena"da keçiriləcək görüşə bu heyəti buraxacaq:
Əsas heyət: Nenad Eriç, Dmitri Şomko, Sergey Malıy, Yevgeni Postnikov, Abzal Beysebekov, İslambek Kuat, Serikcan Mujikov, Baurcan İslamxan, Roman Murtazayev, Erkebulan Tunqışbayev, Aleksey Şetkin
Ehtiyat oyunçular: Vladimir Plotnikov, Yan Voroqovski, Qafurcan Suyumbayev, Nurəli Alip, Yuri Loqvinenko, Georgi Jukov, Maksim Fedin, Baxtier Zaynutdinov, Maqomed Paraqulqov, Baurcan Turısbek, Vyaçeslav Şvırev
Qeyd edək ki, Qazaxıstan - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.
