Qazaxıstan millisi çexiyalı tapşırıldı

Qazaxıstan milli futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, söhbət çexiyalı Mixel Bilekdən gedir. Bilek bu postda Stanimir Stoylovu əvəzləyib. 54 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Mixel Bilek son olaraq ölkəsinin "Zlin" klubunu çalışdırıb. O, həmçinin 2009 - 2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Komanda Bilekin rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına kimi yüksəlib və bu mərhələdə Portuqaliyaya 0:1 hesabı ilə uduzub.