"Qəbələ" Almaniya klubuna uduzdu
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Almaniyanın "Meppen" klubu olub.
Qarşılaşma "Meppen"in qələbəsi ilə yekunlaşıb.
“Meppen” Almaniya çempionatının 3-cü liqasında mübarizə aparır. Ötən mövsümdə 7-ci olan meppenlilər cari çempionatda qış fasiləsinə 16-cı pillədə yollanıb.
16 yanvar 2019
Yoxlama oyunu
"Qəbələ" - "Meppen" (Almaniya) - 1:2
Antalya, Türkiyə