"Qəbələ" Antalya Toplanışına start verdi
2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirmək üçün bu gün Türkiyəyə yollanan “Qəbələ” Antalya toplanışına start verib.
SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətləniblər. Hazırlıq günün ikinci yarısına təsadüf edib. Komandamız fitnes zalda çalışıb. Futbolçular fiziki təmrinləri yerinə yetiriblər.